Məzmuna keç

Rusiya Müdafiə Nazirliyinin vəzifəli şəxsi həbs edildi

Moskvanın Basmannı rayon məhkəməsi Rusiya Müdafiə Nazirliyinin dövlət müdafiə sifarişinin təminatı departamentinin aparıcı məsləhətçisi Aleksandr Lopatini ev dustaqlığına buraxıb.

Bu barədə e-huquq.az "RİA Novosti”yə istinadən xəbər verir.

Ev dustaqlığının müddəti 2022-ci il fevralın 7-dək müəyyən edilib.

A.Lopatin Rusiya Federasiyası Cinayət Məcəlləsinin 290-cı maddəsinin 6-cı hissəsində (xüsusilə külli miqdarda rüşvət alma) nəzərdə tutulan cinayəti törətməkdə şübhəli bilinir.