Məzmuna keç

Mikayıl Cabbarov: “İsrail-Azərbaycan Ticarət və Sənaye Palatası əməkdaşlıq üçün əlverişli platformadır”

“İsrail-Azərbaycan Ticarət və Sənaye Palatası əməkdaşlığımızın genişlənməsi üçün əlverişli platformadır”.

E-huquq.az xəbər verir ki, bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov özünün tviterdəki səhifəsində bildirib.

“Birgə təşəbbüslərimiz ölkələrimiz arasında enerji, rəqəmsallaşma, innovasiya, İKT, kənd təsərrüfatı, turizm və s. sahələrdə tərəfdaşlıq üçün faydalıdır”, – deyə nazir əlavə edib.