Məzmuna keç

Səfər Mehdiyev: “Gorus-Qafan yolundan 2 mln manata yaxın vəsait toplanılıb”

"İndiyə qədər Dövlət Gömrük Komitəsi Gorus-Qafan yolunda yaratdığı gömrük postlarından 2 mln manata yaxın vəsait toplayıb".

E-huquq.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında komitənin sədri Səfər Mehdiyev deyib.

"Həmin yol Azərbaycan ərazisidir. Ölkəmizə başqa gömrük postlarından daxil olan xarici vətəndaşlar hansı vergi və rüsumları ödəyirsə, Gorus-Qafan yolundakı gömrük postlarından keçənlər də eyni qaydada ödəniş edirlər", – deyə o, qeyd edib.