Məzmuna keç

Məhkəmə “Gilan İnşaat”la bağlı qərar çıxardı

Məhkəmə “Gilan İnşaat”la bağlı qərar çıxardı

Bakı Apellyasiya Məhkəməsində “Gilan İnşaat” MMC ilə bağlı məhkəmə qərarından verilən apellyasiya şikayətinə baxılıb.

E-huquq.az-ın xəbərinə görə, hakim Vaqif Mursaqulovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, MMC-nin apellyasiya şikayəti təmin edilməyib.

Qeyd edək ki, Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası “Gilan İnşaat” MMC barəsində inzibati xəta haqqında protokol tərtib edib və baxılması üçün Nəsimi Rayon Məhkəməsinə göndərib.

Məhkəmə şirkətin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsi ilə təqsirli bilnərək, cərimələnməsi barədə qərar çıxarıb.

Qərardan narazı qalan “Gilan İnşaat” apellyasiya şikayəti verib.