Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq avqustun 30-da Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev Xaçmazda, İnzibati-İqtisadi kollegiyanın sədri Hikmət Mirzəyev Qusarda, Cinayət kollegiyasının sədri Şahin Yusifov Qubada vətəndaşları qəbul edəcəklər.
E-huquq.az xəbər verir ki, qəbulda vətəndaşların məhkəmələrin fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaqdır.
Vətəndaşların qəbulu Xaçmaz Rayon Məhkəməsində (ünvan: Xaçmaz şəhəri, Nəsimi küç., 8), Qusar Rayon Məhkəməsində (ünvan: Qusar şəhəri, Füzuli küç., 5), Quba Rayon Məhkəməsində (ünvan: Quba şəhəri, Heydər Əliyev prospekti) saat 11:00 başlanacaq.
Vətəndaşlar qəbula Ali Məhkəmədə, Xaçmaz Rayon Məhkəməsində, Qusar Rayon Məhkəməsində, Quba Rayon Məhkəməsində, habelə (012) 489-07-07 (daxili nömrə: 18108), 0502455420 əlaqə nömrələri və [email protected] elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.
