Azərbaycan Prezidenti İlham Əliyevlə NATO-nun Baş katibi Yens Stoltenberq arasında görüş olub.
E-huquq.az xəbər verir ki, görüş Alyansın Brüsseldəki baş qərargahında keçirilib.
Hazırda liderlər mətbuata birgə bəyanatlarla çıxış edirlər.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Belçikanın paytaxtı Brüsseldə işgüzar səfərdədir.
