Məzmuna keç

Rusiya Türkiyə ilə Ermənistanın münasibətləri normallaşdırma səylərini alqışlayır

"Rusiya Türkiyə ilə Ermənistanın münasibətləri yoluna qoymaq əzmini alqışlayır".

E-huquq.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyi sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə bildirib.

“Rusiya hesab edir ki, Ermənistanla Türkiyə arasında münasibətlərin yoluna qoyulması regiondakı ümumi ab-havanı sağlamlaşdırmağa təkan verər, bu da qarşılıqlı etimad və mehriban qonşuluq mühitinin yaradılmasına dəstək olardı” – deyən Rusiya rəsmisi Ankara və İrəvanın problemləri müzakirə etmək üçün qarşılıqlı dialoqa başlamaq əzmini alqışladıqlarını dilə gətirib: “Fikrimizcə, tərəflərin bu məqsədlə xüsusi nümayəndə təyin etmələri ağıllı və məntiqli addımdır”.

Rusiya XİN nümayəndəsi bu prosesə dəstək verməyə hazır olduqlarını da diqqətə çatdırıb.