Məzmuna keç

“Qırmızı Körpü”də gömrükçülər avtomobildə spirtli içkilər aşkarladı

"Qırmızı Körpü"də gömrükçülər avtomobildə spirtli içkilər aşkarladı

Dövlət Gömrük Komitəsinin (DGK) əməkdaşları "Qırmızı Körpü" gömrük postunda avtomobildə spirtli içkilər aşkarlayıb.

DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən e-huquq.az-a verilən məlumata görə, Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında, idarənin "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan gələn bu ölkənin vətəndaşının idarə etdiyi "Mercedes-Benz" markalı nəqliyyat vasitəsi saxlanılıb və sürücüsü şifahi sorğu-sual olunub.

Sorğu-sual zamanı vətəndaş idarə etdiyi nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirib. Lakin yoxlama zamanı avtomobildə gömrük nəzarətinə bəyan olunmayan və gizlədilən 12 ədəd 1 litrlik və 6 ədəd 0.5 litrlik "Nemiroff" markalı spirtli içkilər aşkarlanıb.

Faktla bağlı araşdırma aparılır.