Məzmuna keç

Azərbaycanda idman klubu cərimələndi

Azərbaycanda idman klubu cərimələndi

Azərbaycan Maliyyə Bazarlarına Nəzarət Palatası hazırda fəaliyyət göstərməyən “Əlincə İdman Klubu” MMC barəsində inzibati xəta haqqında protokol tərtib edib.

E-huquq.az-ın xəbərinə görə, Palata tərtib etdiyi protokolu baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərib.

Məhkəmə klubu İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsi ilə təqsirli bilnərək, barəsində cərimələnməsi haqda qərar çıxarıb.

Qərardan narazı qalan MMC apellyasiya şikayəti verib. Şikayət Sumqayıt Apellyasiya Məhkəməsində baxılacaq.