Məzmuna keç

Məhkəmə sədri Tapdıq Mahmudov vəfat etdi

Bakı Şəhəri Pirallahı Rayon Məhkəməsinin sədri Tapdıq Mahmudov vəfat edib.

Bu barədə e-huquq.az-a Məhkəmə Hakimləri İctimai Assosiasiyasının sədri Ələddin Cəfərov məlumat verib.

Bildirilib ki, Bakı Şəhər Pirallahı Rayon Məhkəməsinin sədri Tapdıq Mahmudov dekabrın 19-da 60 yaşında dünyasını dəyişib.

O, şəkərli diabet xəstəliyindən əziyyət çəkirmiş.

Qeyd edək ki, 1961-ci il təvəllüdlü T.Mahmudov 2000-2007-ci illərdə Nəsimi Rayon Məhkəməsinin hakimi, 2007-2015-ci illərdə Ali Məhkəmənin hakimi, Hərbi Kollegiyasının sədri, 2015-2021-ci illərdə Gəncə Apelyasiya Məhkəməsinin sədri olub. O, 2021-ci ildən isə Pirallahı Rayon Məhkəməsinin sədri vəzifəsində çalışıb.

Xəyalə Bünyatova