Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ermənistanlı həmkarı Ararat Mirzoyan telefon danışığı zamanı Azərbaycanla demarkasiya-delimitasiya mexanizmlərinin hazırlanmasının əhəmiyyətini qeyd ediblər.
E-huquq.az xəbər verir ki, tərəflər həmçinin Azərbaycan-Ermənistan sərhədində təhlükəsizlik və sabitlik səviyyəsinin yüksəldilməsinə yönəlmiş tədbirlərin vacibliyini də vurğulayıblar.
