Məzmuna keç

Keçmiş arvadını bıçaqlayan şəxsə hökm oxundu

Keçmiş arvadını bıçaqlayan şəxsə hökm oxundu

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində arvadını bıçaqlamaqda təqsirləndirilən Vüqar Ələkbərovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

E-huquq.az-ın xəbərinə görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə V.Ələkbərov 5 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə ötən il aprelin 10-da Bakı şəhərində baş verib. М.Ələkbərov keçmiş həyat yoldaşı Ş.Ələsgərovaya iki bıçaq xəsarəti yetirib. Qadın boyun və sinə nayihəsinin deşilmiş yaraları ilə ağır vəziyyətdə 3 saylı şəhər kliniki xəstəxanasına aparılıb. Yaralının həyatını xilas etmək mümkün olub.

Daha sonra Xətai Rayon Polis İdarəsinin 36-cı Polis Bölməsinin əməkdaşları V.Ələkbərovu saxlayıb.

Onun barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.