Məzmuna keç

İordaniyanın Kralı Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

İordaniyanın Kralı II Abdullahdan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu gəlib.

E-huquq.az xəbər verir ki, məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Doğum gününüz münasibətilə səmimi təbriklərimi və ən xoş arzularımı Zati-alinizə çatdırmaqdan böyük məmnunluq hissi duyuram.

Xahiş edirəm, Sizə möhkəm cansağlığı və xoşbəxtlik arzularımı qəbul edəsiniz".