İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktrisası Şəbnəm Cəbrayılova həmin teatrın direktoru İftixar Piriyevi məhkəməyə verib.
Bu barədə e-huquq.az-a Ş.Cəbrayılovanın vəkili Gülşən Salmanova bildirib.
Onun sözlərinə görə, ötən ay Ş.Cəbrayılova hamilə olan zaman İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İ.Piriyev onu işdən azad edib: “Şəbnəm xanım hamilə olan zaman bu barədə teatrın direktoru İftixar Piriyevə məlumat verib. Lakin İftixar Piriyev Şəbnəm Cəbrayılovanı hamilə olan zaman, ona əvvəlcədən məlumat vermədən işdən çıxarıb. Daha sonra teatırdan ona işdən çıxarıldığı barədə deyiləndə Şəbinəm xanımın halı pisləşib və uşağı tələf olub. Lakin bu hal qanunvericilikdə yoxdur”.
G.Salmanova deyib ki, bununla bağlı Nəsimi Rayon Məhkəməsinə müraciət edilib.
Vəkil söyləyib ki, Ş.Cəbrayılova məhkəməyə müraciətində yenidən işə bərapa olunmasını, İ.Piriyevdən 50 min manat maddi və mənə zərər tələb edir: “İddiaya sentyabrın 4-də Nəsimi Rayon Məhkəməsinin hakimi Rəşid Səmədovun sədrliyi ilə baxılacaq”.
Qeyd edək ki, Ş.Cəbrayılova 2014-cü ildə İrəvan Dövlət Azərbaycan Dram Teatrında aktrisa kimi fəaliyyətə başlayıb. İ.Piriyev isə 2000-ci ildən İrəvan Dövlət Azərbaycan Dram Teatrına direktor vəzifəsində çalışır.
