Məzmuna keç

DMX: 325 nəfər Azərbaycan vətəndaşlığına qəbul edilib

“Azərbaycan Respublikasının vətəndaşlığına qəbul haqqında” Azərbaycan Prezidentinin Sərəncamı ilə 325 əcnəbi və vətəndaşlığı olmayan şəxs Azərbaycan vətəndaşlığına qəbul edilib.

Bu barədə e-huquq.az-a Dövlət Miqrasiya Xidmətindən məlumat verilib.

Qeyd olunub ki, bu şəxslərdən 31 nəfəri Vətən müharibəsində Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etmiş, o cümlədən şəhid olmuş hərbi qulluqçuların ailə üzvləridir.