31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Mərkəzində Vətən müharibəsi şəhidlərinin və qazilərinin övladları üçün xüsusi proqram əsasında hazırlanmış uşaq tamaşası nümayiş etdirilib.
E-huquq.az xəbər verir ki, bu barədə DTX-nin İctimai əlaqələr şöbəsi məlumat yayıb.
Tamaşa uşaqların böyük marağına səbəb olub, yüksək coşqu və sevinc hissi ilə qarşılanıb.
Sonda uşaqlara bayram hədiyyələri təqdim edilib.
