Məzmuna keç

Amnistiya aktı ilə azadlığa buraxılan şəxslərin sayı açıqlandı

“Ötən müddətdə amnistiyanın təsiri altına düşən məhkumlardan artıq 2600-dan çoxu penitensiar müəssisələrdən azadlığa buraxılıb və 950-dək şəxsin cəza müddəti azaldılıb, probasiya xidmət üzrə isə 4600-dən çox şəxs müxtəlif cəzalardan azad edilib, 182 şəxsin isə cəzası azaldılıb”.

E-huquq.az xəbər verir ki, bu barədə ədliyyə naziri Fikrət Məmmədov bu gün keçirilən kollegiya iclasında bildirib.

Nazir qeyd edib ki, hazırda amnistiya qərarının icrası davam edir.

Qeyd edək ki, Milli Məclisin noyabrın 5-də keçirilən iclasında 8 noyabr – Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında qərar qəbul edilib. Amnistiya Aktı Prezident İlham Əliyevin təşəbbüsü ilə qəbul olunub.

5 noyabr tarixində qüvvəyə minən Amnistiya Aktının icrası dörd ay müddətində təmin edilməlidir.