Məzmuna keç

Bakı sakinini öldürmək istəyən şəxsin məhkəməsi başladı

Bakı sakinini öldürmək istəyən şəxsin məhkəməsi başladı

Bakı Ağır Cinayətlər Məhkəməsində adam öldürməyə cəhddə təqsirləndirilən Teymur Ağayevin cinayət işi üzrə məhkəmə iclası başlayıb.

E-huquq.az-ın xəbərinə görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası sentyabrın 9-na təyin edilib.

Qeyd edək ki, bu il hadisə mayın 13-də Bakı şəhərində baş verib.

Belə ki, Masallı rayon sakini 1986-cı il təvəllüdlü T.Ağayev qısqanclıq zəminində Bakı şəhəri, Səbail rayonu, Bayıl qəsəbəsi, Ə.Yaqubov küçəsi 1 ünvanın qarşısında Cəlilabad rayon sakini 1978-ci il təvəllüdlü Elşad Dünyamalı oğlu Hüseynova biri daxilə nüfuz etməklə ümumilikdə baş və kürək nahiyəsinə 5 bıçaq zərbəsi vurub.

Nəticədə E.Hüseynov ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Cinayəti törədən T.Ağayev qaçıb gizlənib, daha sonra saxlanılıb.