Məzmuna keç

Məhkəmə-Hüquq Şurası tərəfindən vətəndaşların məhkəmələrdə qəbulu cədvəli açıqlandı

Sentyabr ayı üçün Məhkəmə-Hüquq Şurası tərəfindən vətəndaşların məhkəmələrdə qəbulu cədvəli

Məhkəmə-Hüquq Şurası tərəfindən dövlət başçısının “Məhkəmə-hüquq sahəsində islahatların dərinləşdirilməsi haqqında” 03.04.2019-cu il tarixli Fərmanının icrası üzrə ardıcıl tədbirlər görülür.

E-huquq.az xəbər verir ki, vətəndaşların məhkəmə fəaliyyəti ilə bağlı müraciətlərinin daha səmərəli araşdırılması, qeyri-prosessual münasibətlərə şərait yaradan və haqlı narazılıq doğuran pozuntuların dərhal aradan qaldırılması məqsədi ilə Məhkəmə-Hüquq Şurası tərəfindən vətəndaşların bilavasitə məhkəmələrdə qəbulları keçirilir. 2019-cu ilin sentyabr ayı ərzində qəbul həyata keçiriləcək müvafiq məhkəmələr və qəbulun tarixi barədə məlumat vətəndaşların diqqətinə təqdim olunur.

Vətəndaşlar qəbula müvafiq məhkəmələrdə, eləcə də Şuranın 510-82-96, 510-19-07 nömrəli telefonları və ya [email protected] elektron poçt ünvanı vasitəsilə əvvəlcədən yazıla, yaxud birbaşa qəbula gələ bilərlər.

2019-cu ilin sentyabr ayında Məhkəmə-Hüquq Şurası tərəfindən vətəndaşların məhkəmələrdə
qəbulu cədvəli

№

Qəbulun tarixi və vaxtı

Qəbulun keçiriləcəyi məhkəmə

1.

6 sentyabr,
saat 10:00

Sumqayıt İnzibati-İqtisadi Məhkəməsi
Ünvan: Sumqayıt şəhəri, Nizami Gəncəvi küç., 5-ci məhəllə, 16/1
Telefon: (018) 654-50-67

2.

13 sentyabr,
saat 10:00

Qəbələ Rayon Məhkəməsi
Ünvan: Qəbələ şəhəri, İ.Nəsimi küç., 67.
Telefon: (0160) 5-10-88

3.

20 sentyabr,
saat 10:00

Bakı şəhəri Nizami Rayon Məhkəməsi
Ünvan: Bakı şəhəri, Nizami rayonu Məhsəti küç.
Telefon: (012) 421-08-87

4.

27 sentyabr,
saat 10:00

Abşeron Rayon Məhkəməsi
Ünvan: Abşeron rayonu, Xırdalan şəhəri, Kalyubeya küç., 5
Telefon: (012) 342-07-07