Xəbər verdiyimiz kimi, naməlum şəxslər Hacı Zeynalabdin Tağıyevin dünən açılışı olmuş heykəlində əlindəki təsbehi qırıb kənara atmışdı. Abidəni zədələnməkdə şübhəli bilinən şəxslər artıq saxlanılıb. Daxili İşlər Nazirliyi hadisə ilə bağlı araşdırma aparıldığını bildirib. Maraqlıdır, bəs, heykələ zərər vurmuş şəxsləri hansı cəza gözləyir?
E-huquq.az xəbər verir ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlamaya görə cəza nəzərdə tutulub.
Məcəllənin 246-cı maddəsinə əsasən, dövlət tərəfindən mühafizə olunan tarix və mədəniyyət abidələrini qəsdən məhv etmə və ya korlama iki min manatdan dörd min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
