Məzmuna keç

Dövlət qulluğu üzrə müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün ərizə verənlərin sayı açıqlandı

Dövlət qulluğu üzrə müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün ərizə verənlərin sayı açıqlandı

Ümumilikdə 41 dövlət orqanında 457 vakant vəzifənin tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 2-də elan olunmuş müsabiqənin müsahibə mərhələsinə ərizə qəbulu yekunlaşıb.

E-huquq.az xəbər verir ki, müsabiqənin müsahibə mərhələsində iştirak etmək üçün 1708 nəfər ərizə verib.

Müsahibəyə dövlət orqanları arasında ən çox vakant vəzifə Təhsil Nazirliyi (147 vəzifə) tərəfindən çıxarılıb.