Məzmuna keç

Özünü icra hakimiyyətinin rəsmisi kimi təqdim edərək dələduzluq edən şəxsə cəza istənildi

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham edilən Teyyub Quliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham edilən Teyyub Quliyevin cinayət işi üzrə məhkəmə iclası davam etdirilib.

E-huquq.az xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən məhkəmə iclasında prokuror çıxış edib.

O, T. Quliyevin cinayətinin məhkəmə istintaqı zamanı tam sübuta yetirildiyini deyib.

Prokuror təqsirləndirilən şəxsin 8 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Proses sentyabrın 9-da davam etdiriləcək.

Qeyd edək ki, Teyyub Quliyev Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq; külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir. Məlumata görə, o, özünü Şirvan şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsi kimi təqdim edərək, müxtəlif şəxslərlə rəsmi sənədlərin hazırlanması xidmətini göstərirmiş.

İmamət Əsgərov