Məzmuna keç

Korrupsiyaya yol vermiş 466 şəxsin cinayət işi məhkəməyə göndərilib

2021-ci il ərzində korrupsiya hüquqpozmasına yol vermis 466 şəxs barəsində cinayət işlərinin istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib.

Baş Prokurorluqdan e-huquq.az-a verilən məlumata görə, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gününrəqəmi həştəqi ilə məlumatlar yerləşdirilir.

Bu günün rəqəmi isə 466-dır.

Belə ki, 2021-ci il ərzində korrupsiya hüquqpozmasına yol vermis 466 şəxs barəsində cinayət işlərinin istintaqı tamamlanaraq baxılması üçün məhkəmələrə göndərilib.

Prokurorluq orqanlarının fəaliyyətindəki bu və ya digər yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur.