Məzmuna keç

Cahangir Hacıyevə hökm oxundu

Cahangir Hacıyevə hökm oxundu

Bakı Ağır Cinayətlər Məhkəməsində mənimsəmədə təqsirləndirilən “Azərbaycan Beynəlxalq Bankı” ASC-nin İdarə Heyətinin sabiq sədri Cahangir Hacıyev, onun bacanağı İsmayılökm Hidayət-zadə, sabiq deputat Dünyamin Xəlilov və digərlərinin cinayət işi üzrə məhkəmədə hökm oxunub.

E-huquq.az-ın məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən prosesdə Cahangir Hacıyevə əvvəlki cəzası ilə toplanmaqla 16 il 6 ay, Dünyamin XəIilov əvvəlki cəzası ilə toplanmaqla14 il 6 ay, İsmayıl Hidəyətzadə isə əvvəlki cəzası ilə toplanmaqla 5 il 6 ay azadlıqdan məhrum edilib.

Digər təqsirləndirilən şəxslərə isə şərti cəza verilib.