Məzmuna keç

“Azəriqaz”ın növbəti “Açıq mikrofon” aksiyası Şamaxıda keçiriləcək

“Azəriqaz”ın növbəti “Açıq mikrofon” aksiyası Şamaxı rayonunun Zarat Xeybəri kəndində keçiriləcək.

E-huquq.az-ın məlumatına görə, sosial problemlərin kompleks həllinə nail olmaq məqsədilə aksiya "Azərişıq" ASC ilə birgə təşkil olunacaq.

Fevralın 8-də saat 11:00-dan 13:00-a qədər sakinlərin problem və təklifləri fərdi olaraq dinləniləcək.

Vətəndaşlar “Açıq mikrofon” aksiyasının imkanlarından maksimum istifadə edərək, öz problem və təkliflərini rahat şəkildə ifadə edə bilərlər