ABŞ-nin süni intellekt şirkəti “Anthropic” Claude modelinə qarşı davamlı və əsassız təhqiramiz davranışı qadağan edən yeni istifadə qaydaları tətbiq edib.
E-huquq.az xarici KİV-ə istinadən xəbər verir ki, şirkətin açıqlamasında həddindən artıq hallarda istifadəçilərin süni intellekt sistemlərinə çıxışı məhdudlaşdırıla biləcəyi qeyd edilib.
Oktyabrın əvvəlində yenilənən siyasətə əsasən, Claude davamlı təhqir və qəddar münasibətlə qarşılaşdıqda söhbəti dayandıra bilər. Bununla belə, yeni qaydalar istifadəçilərin narazılıqlarını bildirməsinə, modeli tənqid etməsinə və ya tədqiqat məqsədilə sınaqlar aparmasına mane olmur.
Mütəxəssislər hesab edirlər ki, istifadəçilərin süni intellektlə ünsiyyət tərzi modelin cavablarına və təhlükəsizlik mexanizmlərinə təsir göstərə bilər. Bununla belə, kobud üslubun hər zaman daha zəif nəticələrə səbəb olduğunu təsdiqləyən qəti elmi sübut yoxdur.
“William & Mary” Universitetinin professoru Jindong Wang bildirib ki, süni intellekt emosiyaları həqiqətən hiss etməsə də, emosional ifadələri tanıya və onlara uyğun reaksiya verə bilir.
Mütəxəssislər vurğulayırlar ki, süni intellektə qarşı davranışın modelin uzunmüddətli performansına təsiri hələ tam öyrənilməyib.
Şəbnəm Mehdizadə
