Məzmuna keç

Səfər Mehdiyev: “DGK ötən ay büdcə öhdəliyinə 126 % əməl edib”

Bu ilin yanvar ayında Dövlət Gömrük Komitəsi (DGK) dövlət büdcəsi qarşısında öhdəliyinə 126,2 % əməl edib.

E-huquq.az xəbər verir ki, bunu Komitənin sədri Səfər Mehdiyev bildirib.

Onun sözlərinə görə, büdcəyə 403,95 milyon manat vəsait köçürülüb. Bu da proqnozdan 83,95 milyon manat çoxdur.