Məzmuna keç

Əmək Məcəlləsinə dəyişiklik layihəsi hazırlanıb

“Əmək müqaviləsi sistemdə qüvvədə qaldığı üçün bəzi işçilər başqa yerdə işə düzələ bilmirlər. Bununla bağlı müraciət edildikdə biz onları məhkəməyə yönləndiririk. Lakin artıq bu məsələ ilə bağlı yeni bir layihə hazırlamışıq. Layihə qəbul olduğu təqdirdə Əmək Məcəlləsinə dəyişiklik ediləcək".

E-huquq.az xəbər verir ki, bunu “Sosial saat” verilişində Dövlət Əmək Müfəttişliyi Xidmətinin rəisi Fuad Heydərov deyib.

Onun sözlərinə görə, yeni dəyişiklikə Dövlət Əmək Müfəttişliyi Xidmətinə bu müqavilənin qüvvədən salınması üçün səlahiyyət veriləcək: "Bu kimi hallarda Xidmət tərəfindən bildirişin qüvvədən salınması ilə bağlı tədbirlər görüləcək. Bu işçilərin hüquqlarının müdafiəsi baxımından çox yararlı layihədir".