"Ötən ay qaz istifadəsi ilə bağlı limiti keçən abonentlərin sayı 50 628 abonent olub ki, bu da “Azəriqaz”ın ümumi abonentlərin sayının 2,1 %-ini təşkil edib".
E-huquq.az-ın məlumatına görə, bunu bu gün Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İB-nin Baş direktoru Ruslan Əliyev qurumda media və QHT nümayənləri ilə keçirilən “Açıq qapı” aksiyası zamanı bildirib.
Onun sözlərinə görə, ötən ay “Azəriqaz” İstehsalat Birliyinin abonentlərinin 97 %-i 1 200 kubmetrlik limit həcmini keçməyiblər.
R. Əliyev qeyd edib ki, ötən ay ümumilikdə 14 765 ədəd sayğac dəyişdirilib.
O həmçinin qeyd edib ki, ötən ay ölkə üzrə 32 kənddə qazpaylayıcı xətlərinin çəkilməsinə başlanılıb.
Çəkilən qaz xətlərinin ümumi uzunluğu 13 700 kilometr təşkil edib ki, bunun da 1 000 kilometri Bakı şəhərində həyata keçirilib. Digər 12 700 kilometr qaz xətləri regionlarda çəkilib.
