Məzmuna keç

Prokurorluq Tərtərdə yol işçilərinin minaya düşməsi faktı ilə bağlı məlumat yaydı

Prokurorluq Tərtərdə yol işçilərin minaya düşməsi faktı ilə bağlı məlumat yayıb.

Tərtər rayon Prokurorluğundan e-huquq.az-a verilən xəbərə görə, bu gün Tərtər rayonunun Çaylı kəndi ərazisində təmir işləri aparan zaman Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin əməkdaşları 1963-cü il təvəllüdlü Alışah Səfərov və 1965-ci il təvəllüdlü Faiq Səfərov mina partlayışı nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Tərtər Rayon Prokurorluğunda araşdırma aparılır.