Məzmuna keç

Prezident İlham Əliyev: “Bəyannamə Azərbaycan-Rusiya qarşılıqlı fəaliyyətinin vacib sahələrini əhatə edir”

Azərbaycanla Rusiya arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamə bizim ölkələrimiz, qarşılıqlı fəaliyyətimiz və regional təhlükəsizlik üçün olduqca pozitiv əhəmiyyət kəsb edəcək.

E-huquq.az xəbər verir ki, bu sözləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 22-də Moskvada Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə təkbətək görüşündə deyib.

Dövlət başçısı bildirib: “Azərbaycanla Rusiya arasında qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Bəyannamə son illər bizim fəal işimizin, qarşılıqlı əməkdaşlıq potensialının yüksəldilməsinin çox yaxşı nümayişidir. Bəyannamə Azərbaycan-Rusiya qarşılıqlı fəaliyyətinin vacib sahələrini əhatə edir”.