Məzmuna keç

“Növbəti dörd il Azərbaycan iqtisadiyyatının strateji inkişafının yeni mərhələsi olacaq” –

2022-ci il və növbəti dörd il Azərbaycan iqtisadiyyatının strateji inkişafının yeni mərhələsi olacaq.

E-huquq.az-ın məlumatına görə, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “İnklüziv və davamlı inkişaf üçün vergi islahatları: rəqəmsal transformasiya ilə könüllü əməletməyə doğru” mövzusunda keçirilən vergi forumunda deyib.

Onun sözlərinə görə, bu müddət ərzində rəqabətqabiliyyətliliyi, innovativ yönümlülüyü və milli iqtisadiyyatın maliyyə dayanıqlılığını gücləndirmək planlaşdırılır.

"2026-cı ilədək dayanıqlı iqtisadi artım drayverlərinin fəallaşdırılması, azad edilmiş ərazilərin Azərbaycan iqtisadiyyatına reinteqrasiyası nəzərdə tutulur. 2022-2026-cı illər üzrə yeni sosial-iqtisadi inkişaf strategiyası iqtisadiyyatın bütün sektorlarında dövlət-özəl tərəfdaşlığının genişlənməsinə yönəlib", – deyə nazir bildirib.