Məzmuna keç

Xarkovda Ukraynadan çıxmaq istəyən azərbaycanlıların qeydiyyatı başladı

Azərbaycanın Ukraynanın Xarkov şəhərindəki fəxri konsulluğu Azərbaycana qayıtmaq üçün qeydiyyata başlayır.

E-huquq.az xəbər verir ki, bu barədə fəxri konsulluqdan məlumat verilib.

Bildirilib ki, Azərbaycana qayıtmaq istəyən Xarkov, Çerniqov, Sumı, Poltava, Zaporojye, Dnepropetrovsk vilayətlərində yaşayan Azərbaycan vətəndaşları qeydiyyatdan keçmək üçün Azərbaycanın Xarkov şəhərindəki fəxri konsulluğuna müraciət edə bilərlər.