Məzmuna keç

Rusiya-Ukrayna danışıqlarının növbəti mərhələsi sabah keçirilə bilər

Ukrayna ilə Rusiya arasındakı danışıqların ikinci mərhələsi martın 2-də keçirilə bilər.

E-huquq.az Ukrayna KİV-ə istinadən xəbər verir ki, bunu diplomatik mənbələr bildirib.

Xatırladaq ki, danışıqların dünən keçirilən birinci mərhələsi 6 saatadək davam edib. Danışıqlara münasibət bildirən Ukrayna Prezidenti Volodimir Zelenski hələlik istədikləri nəticəni əldə etmədiklərini bildirib.