Məzmuna keç

Ukrayna ordusu Rusiya qoşunlarının cəmləşdiyi aerodromu “Toçka-U” ilə vurdu

Ukrayna Silahlı Qüvvələri Berdyansk şəhərinin aerodromuna “Toçka-U” ballistik raketi ilə zərbə endiriblər.

E-huquq.az xəbər verir ki, bu barədə Ukrayna Ali Radasının sədri Dmitri Razumkov “Facebook” hesabında yazıb.

“Beş dəqiqə bundan əvvəl Ukrayna Silahlı Qüvvələri Rusiyanın böyük sayda qoşun cəmləşdirdiyi Berdyansk aerodromuna “Toçka-U” ilə zərbə endirib”, – deyə o qeyd edib.

O, həmçinin gecə saatlarında Ukrayna Su-25-lərinin Pobeda kəndi yaxınlığında Brovar ərazisini ələ keçirmək üçün irəliləyən Rusiya kolonuna zərbə endirdiyini bildirib.

Mənbə: Unian.net