Məzmuna keç

Azərbaycanda ödəniş sistemi həyata keçirən şirkət məhkəməyə verildi

Bank “BTB” ASC “Easypay” MMC-ni məhkəməyə verib

Bank “BTB” ASC “Easypay” MMC-ni məhkəməyə verib.

E-huquq.az xəbər verir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edən bank pul tələbinə dair iddia irəli sürüb.

Məhkəmə iddia ərizəsini və ona əlavə olunan sənədləri nəzərdən keçirərək hesab edib ki, iddia ərizəsi geri qaytarılmalıdır.

Belə ki, iddia ərizəsinə həmin ərizənin surətinin və ona əlavə edilən sənədlərin cavabdeh tərəfindən alınmasını təsdiq edən sənəd əlavə edilməyib.

Qeyd edək ki, “Easypay” MMC Azərbaycanda ödəniş sistemi həyata keçirir. Şirkətin ölkədə bir çox ödəmə terminalları var.