Məzmuna keç

Mehriban Əliyeva “Mənim Abşeronum: Üstə gəl” sərgisindən videoçarx paylaşdı

Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın sosial şəbəkə hesablarında “Mənim Abşeronum: Üstə gəl” sərgisi ilə tanışlıqla bağlı videoçarx paylaşılıb.

E-huquq.az xəbər verir ki, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva oktyabrın 27-də Azərbaycan Milli İncəsənət Muzeyində görkəmli rəssam, Azərbaycan Rəssamlar İttifaqının sədri, Xalq rəssamı Fərhad Xəlilovun 80 illik yubileyinə həsr edilmiş “Mənim Abşeronum: Üstə gəl” adlı retrospektiv sərgi ilə tanış olublar.

Mədəniyyət Nazirliyi, Azərbaycan Milli İncəsənət Muzeyi və Azərbaycan Rəssamlar İttifaqının birgə təşkilatçılığı ilə keçirilən sərgidə Xalq rəssamının şəxsi kolleksiyasından seçilmiş, 1960-cı illərdən bu günədək yaratdığı 90-dan çox əsər, o cümlədən monumental rəngkarlıq tablolarından kiçikformatlı qrafik işlərədək müxtəlif sənət nümunələri nümayiş olunur.

https://www.instagram.com/reel/DfAFezfAn9c/embed/captioned/?cr=1&v=14&wp=1006&rd=https%3A%2F%2Fteleqraf.az&rp=%2Fnews%2Fgundem%2F572127.html#%7B%22ci%22%3A0%2C%22os%22%3A714.3000001907349%2C%22ls%22%3A260.80000019073486%2C%22le%22%3A486.5999994277954%7D