Məzmuna keç

Azərbaycan XİN: “İran ilə əməkdaşlığın daha da inkişafını səbirsizliklə gözləyirik”

Azərbaycan və İran arasında diplomatik əlaqələrin yaradılmasından 30 il ötür.

E-huquq.az xəbər verir ki, Azərbaycan Xarici İşlər Nazirliyi bu münasibətlə tviter səhifəsində paylaşım edib.

“Bu gün Azərbaycan və İran arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümüdür. Biz bu münasibətlə İran hökuməti və xalqına ən xoş arzularımızı çatdırırıq. Azərbaycan və İran arasında əməkdaşlığının daha da inkişafını səbirsizliklə gözləyirik”, – nazirlikdən bildirilib.