Məzmuna keç

Prokurorluq: “Vəkilin vəsatətinə müstəntiq tərəfindən əsaslandırılmış cavab verilməlidir”

"Qanunvericilikdə vəkillər də daxil olmaqla, proses iştirakçılarının cinayət işinin istintaqından narazılıq və digər hallarla bağlı şikayət etmək hüququ nəzərdə tutulub".

E-huquq.az xəbər verir ki, bunu Baş Prokurorluğun Prokurorluqda İstintaqa Nəzarət İdarəsinin rəisi Fazil Həsənəliyev deyib.

O qeyd edib ki, müstəntiq və ya prokuror vəkilin vəsatətinə baxmırsa, yuxarı prokurorluğa şikayət edilə bilər: "Vəkilin qaldırdığı vəsatətlərə də müstəntiq tərəfindən əsaslandırılmış cavab verilməlidir".

Xəyalə Bünyatova