Məzmuna keç

Paytaxtda hündürlükdən yıxılan şəxs öldü

Paytaxtda hündürlükdən yıxılan şəxs öldü

Nəsimi rayonunda ölüm hadisəsi baş verib.

E-huquq.az xəbər verir ki, R.Məmmədov küçəsində yerləşən yeraltı dayanacaqda təxminən 45-50 yaşlı kişinin meyiti tapılıb.

Hadisə yerinə Nəsimi Rayon Prokurorluğunun əməkdaşları cəlb edilib. Prokurorluq əməkdaşlarının ilkin ehtimalına görə, ölən şəxs hündürlükdən yıxılaraq ağır xəsart alıb.
Hazırda ölümün dəqiq səbəbləri araşdırılır.

Mənbə: APA