Məzmuna keç

Hərbi Prokurorluğun bir neçə işçisi medalla təltif olundu

Hərbi Prokurorluğun bir neçə işçisi medalla təltif olunub.

E-huquq.az-ın əldə etdiyi xəbərə görə, Dövlət Sərhəd Xidmətinin rəisi, general-polkovnik, Elçin Quliyev Azərbaycan Respublikası Hərbi Prokurorluğunun bir neçə əməkdaşını "Azərbaycan Sərhəd Mühafizəsinin 100 illiyi (1919-2019)" Azərbaycan Respublikasının yubiley medalı ilə təltif edib.

Faktı E-huquq.az-a Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Mətbuat Xidmətinin rəhbəri, Hərbi Prokurorun böyük köməkçisi, ədliyyə müşaviri Firad Əliyev təsdiq edib.

Qeyd edək ki, Firad Əliyevin özü də sözügedən medalla təltif olunanlar sırasındadır.