Məzmuna keç

Ərdoğanın sədrliyi ilə Ermənistanla normallaşma prosesi müzakirə edildi

Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Türkiyə Milli Təhlükəsizlik Şurasının növbəti iclası keçirilib.

E-huquq.az xəbər verir ki, Prezident Administrasiyasında keçirilən iclasda beynəlxalq və regional təhlükəsizlik məsələləri müzakirə olunub.

Həmçinin MTŞ-nin iclasında Ermənistanla normallaşma prosesi çərçivəsində Qafqazda baş verən proseslər müzakirə olunub.

Bundan başqa toplantıda Ərdoğanın da qatılacağı cümə axşamı günü Brüsseldə keçiriləcək NATO-nun Fövqəladə Liderlər Zirvəsi öncəsi Rusiya-Ukrayna böhranı qiymətləndirilib.