Rusiyanın Abxaziya və Gürcüstanın Sxinvali bölgəsindən qoşunlarını çıxarması artıq hamıya məlumdur.
E-huquq.az xəbər verir ki, “Caliber”in təqdim etdiyi kadrlarda Laçın dəhlizi vasitəsilə Qarabağ bölgəsindəki sülhməramlıların müvəqqəti məsuliyyət zonasından Rusiya texnikasının çıxarılması prosesini müşahidə edə bilərsiniz.
Yalnız martın 26-da qeydə alınan bu görüntülərdə rusiyalıların 4 ədəd “UAZ patriot”, 1 ədəd “Tiqr”, 3 ədəd “KamAZ” (kunq, təmir maşını və yanacaq daşıyan maşın), bir “Ural” və bir QAZ-66 çıxardıqları əks olunub.
Bütün bunların fonunda Qarabağdakı rus kontingentinin sayının artırılması xahişi ilə ermənilərin Putinə məktub yazmaları yalnız gülüş doğura bilər.
