Bölgələrdə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq sentyabrın 20-də Azərbaycan Respublikası Ali Məhkəməsinin sədri Ramiz Rzayev Lənkəranda vətəndaşları qəbul edəcək.
Ali Məhkəmənin mətbuat xidmətindən E-huquq.az-a verilən məlumata görə, qəbulda vətəndaşların məhkəmələrin fəaliyyəti ilə bağlı müraciətlərinə baxılacaq.
Vətəndaşların qəbulu Lənkəran Ağır Cinayətlər Məhkəməsində (ünvan: Lənkəran şəhəri, Bakı-Astara şosesi, Göyşaban kəndi) saat 11:00 başlanacaq.
Vətəndaşlar qəbula Ali Məhkəmədə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində, habelə (012) 489-07-07 (daxili nömrə: 18108), 0502455420 əlaqə nömrələri və [email protected] elektron poçt ünvanı vasitəsilə yazıla bilərlər.
