Məzmuna keç

Ceyhun Bayramov: “20 minə yaxın azərbaycanlı Ukraynanı tərk edib”

“Ukraynada yaranmış vəziyyətlə əlaqədar 20 minə yaxın Azərbaycan vətəndaşı və soydaşımız bu ölkəni tərk edib”.

E-huquq.az-ın xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda səfərdə olan Polşanın xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri Zbiqnev Rau ilə keçirdiyi birgə mətbuat konfransında deyib.

“Həmin şəxslərin 4 minə yaxını Polşa ərazisinə keçməklə Ukraynanı tərk ediblər", – o vurğulayıb.