Məzmuna keç

Vilyam Hacıyevin oğlu vəzifəsindən azad olundu

Qubadlı rayon prokurorluğunun əməkdaşı Məhəmməd Hacıyev vəzifəsindən azad edilib.

E-huquq.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı müvafiq əmr imzalanıb.

Baş Prokurorluğun Mətbuat xidməti e-huquq.az-a məlumatı təsdiq edib.

Qeyd edək ki, M.Hacıyev İmişli Rayon İcra Hakimiyyətinin sabiq başçısı, hazırda həbsdə olan Vilyam Hacıyevin oğludur.