Bu ilin yanvar-mart ayları ərzində “Azəriqaz” İstehsalat Birliyi satdığı təbii qazın pulunun yığım səviyyəsi 95,4 % təşkil edib.
E-huquq.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bu gün keçirilən “Açıq qapı” aksiyası zamanı deyib.
O bildirib ki, ilin ilk üç ayında yığımlar əhali sektoru üzrə 91,9 %, qeyri-əhali sektoru üzrə 97,9 % təşkil edib.
Ötən ilin yanvar-mart ayları ilə müqayisədə qaz pulunun yığımı 18,8 % artıb. İllik müqayisədə əhali sektoru üzrə artım 2,8 %, qeyri-əhali sektoru üzrə isə illik artım 35,5 % təşkil edib.
Bu ilin mart ayında təbii qazın ödənişlərinin yığımı 92 % təşkil edib ki, bu da 2021-ci ilin mart ayı ilə müqayisədə 9 % çoxdur.
