Bu ilin yanvar-mart ayları ərzində “Azəriqaz” İstehsalat Birliyi 3 milyard 276 milyon kubmetr təbii qaz qəbul edib.
E-huquq.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev bu gün keçirilən “Açıq qapı” aksiyası zamanı deyib.
O qeyd edib ki, 3 ay ərzində qəbul olunmuş olunmuş qaz həcminin 706 milyon kubmetri sənaye xətləri üzrə, 2 milyard 570 milyon kubmetri əhali xətləri üzrə olub: "Bu, 2021-ci ilin yanvar-mart ayları üzrə müqayisədə qazın qəbulunda 247 milyon kubmetr artım olub. Ötən mart ayında 1 milyard 114 milyon kubmetr təbii qaz qəbul olunub. Bunun 251 milyon kubmetri sənaye xətləri üzrə, 863 milyon kubmetri isə əhali xətləri üzrədir".
