Məzmuna keç

“Azəriqaz”ın növbəti “Açıq mikrofon” aksiyası Qəbələdə keçiriləcək

Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin rəhbərliyinin “Açıq mikrofon” aksiyası çərçivəsində sahibkarlarla növbəti görüşü Qəbələ rayonunda təşkil olunacaq.

E-huquq.az xəbər verir ki, bu barədə qurumdan bildirilib.

Məlumata görə, "Azəriqaz"ın rəhbər şəxsləri Qəbələ şəhəri, Zərifə Əliyeva parkında baş tutacaq aksiyada sahibkarları maraqlandıran sualları cavablandıracaqlar.

“Səyyar qəbul otağı” aprelin 12-də saat 13:00-dan 14:00-a qədər sahibkarların xidmətində olacaq. İstənilən təklif və problemlər yerindəcə aydınlaşdırılacaq və müvafiq qərarlar veriləcək.