Məzmuna keç

Albaniyanın Baş naziri Azərbaycana səfər edəcək

Albaniyanın Baş naziri Edi Rama Azərbaycana səfər edəcək.

E-huquq.az xəbər verir ki, Baş nazir sabah Türkiyə və Azərbaycana səfər edəcək.

Səfər çərçivəsində Edi Rama Baş nazir Əli Əsədov, Milli Məclisin sədri Sahibə Qafarova və digər yüksək vəzifəli şəxslər ilə görüşəcək.

Aprelin 15-də isə Albaniya hökumət başçısı Türkiyəyə səfər edəcək və orada TUBİTAK-ın təmsilçiləri ilə görüşlər keçirəcək.